“Yuventus” Vlahoviçlə yeni müqaviləyə hazırlaşır
23.02.2026 , 12:30
“Yuventus” Duşan Vlahoviçin sözləşməsinin müddətini uzatmaq istəyir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların mart ayında baş tutacağı gözlənilir.
Klub rəhbərliyi 26 yaşlı hücumçunun agenti ilə əməkdaşlığın davamı üçün yeni şərtləri müzakirə edəcək.
Əvvəllər Vlahoviçin Turin klubunu tərk edəcəyi ehtimal edilirdi, lakin son günlər vəziyyət dəyişib və tərəflər yenidən razılığa gəlmək niyyətindədir.
Hazırda serbiyalı futbolçunun “Yuventus”la mövcud müqaviləsi iyun ayının sonunda bitir və onun komandada qalması üçün maaşında müəyyən dəyişikliklərə razılaşması lazım gələcək.