“Yuventus” və “Milan”dan qələbə
22.01.2019 , 10:24

İtaliya A seriyasında 20-ci tur başa çatıb. Sonuncu matç günündə iki qarşılaşma keçirilib. “Milan” səfərdə “Cenoa” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Digər görüşdə lider “Yuventus” “Kyevo”nu qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 56 xalla Turin klubu başçılıq edir. “Napoli” 47 xalla 2-ci, “İnter” 40 xalla 3-cüdür.
“Cenoa” – “Milan” – 0:2
Qollar: Borini, 72, Suso, 83
“Yuventus” – “Kyevo” – 3:0
Qollar: Duqlas Kosta, 13, Emre Can, 45, Daniele Ruqani, 84
