“Yuventus” və “Arsenal”ın sabiq müdafiəçisi məşqçi oldu
27.01.2026 , 11:45
İsveçrə millisinin keçmiş üzvü Ştefan Lixtştayner məşqçi karyerasında önəmli addım atıb.
Korner.az xəbər verir ki, Lixtştayner İsveçrənin “Bazel” klubuna baş məşqçi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Lixtştayner 2022-2024-cü illərdə “Bazel”in gənclər komandalarına rəhbərlik edib.