“Yuventus” ulduz oyunçu ilə müqavilə yeniləmədi
18.07.2024 , 18:38

“Yuventus” futbolçusu Adrien Rabyo ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı oyunçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Rabyo 2019-cu ildən İtaliya klubunda çıxış edirdi.
