“Yuventus” Ueston Makkenni ilə müqaviləni yeniləyir
24.02.2026 , 21:38
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkeni ilə müqavilənin uzadılması planlaşdırılır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub və proses yaxın günlərdə yekunlaşacaq.
Turin klubu Makkennini yeni “Yuventus” heyətinin əsas fiqurlarından biri kimi görür.
Yeni müqavilənin 2030-cu ilin iyununa qədər, yəni 4 il müddətinə imzalanacağı və 27 yaşlı futbolçuya mövsümlük təxminən 4 milyon avro maaş veriləcəyi qeyd olunur.
Rəsmi açıqlamanın sənədlərin tamamlanmasından sonra yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd esək ki, cari mövsümdə Makkenni “Yuventus“un heyətində 36 matça çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə ilə komandaya töhfə verib.