“Yuventus” türkiyəli oyunçunu buraxmaq istəmir
09.06.2025 , 18:44

“Yuventus”un türkiyəli oyunçusu Kenan Yıldızla yeni müqavilə imzalamağı düşünür.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Turin təmsilçisinin 20 yaşlı futbolçunun maaşını illik 3-4 milyon avroya qədər artıra biləcəyi vurğulanıb.
Kənan Yıldızın İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
