“Yuventus” Türamla müqaviləni uzatmaq istəyir
03.01.2026 , 12:05
“Yuventus” rəhbərliyi yarımmüdafiəçi Kefren Türamla müqaviləni uzatmaq üçün danışıqlara başlamağı planlaşdırır.
Korner.az xəbər verir ki, hazırda Türamın sözləşməsi 2029-cu ilin yayına qədərdir, amma klub onu 2030-cu ilə qədər saxlamaq və maaşını artırmaq niyyətindədir.
Danışıqların yaxın həftələrdə başlaması gözlənilir.
Qeyd edək ki, Türam 2024-cü ilin yayında “Nitsa”dan transfer olunub. Bu mövsümdə o, bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.