“Yuventus” Spallettinin taleyini növbəti iki oyundan sonra müəyyən edəcək
23.02.2026 , 13:45
“Yuventus” rəhbərliyi baş məşqçi Luçano Spallettinin gələcəyini növbəti iki qarşılaşmanın nəticəsinə görə müəyyənləşdirəcək.
Korner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu Çempionlar Liqasında “Qalatasaray” və A Seriyasında “Roma” ilə qarşılaşacaq.
Bu oyunların nəticəsi həmçinin klubun baş direktoru Damyen Komollinin taleyini də təsir edəcək.
Rəhbərlik maliyyə vəziyyətini yaxşılaşdırmaq və növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək məqsədini əsas hədəf kimi qoyub.
Qeyd edək ki, “Yuventus” artıq beş oyundur qələbə qazana bilmir. Komanda hazırda 46 xalla A Seriyasında beşinci pillədə qərarlaşıb.