“Yuventus” “Sassuolo”nu 3 cavabsız qolla məğlub etdi – Video
07.01.2026 , 10:45
İtaliya A Seriyasında XIX turun oyunlarına start verilib.
Korner.az xəbər verir ki, “Yuventus” səfərdə “Sassuolo”nun qonağı olub.
“Qoca sinyora” rəqibi üzərində inamlı qələbə qazanıb. Turin təmsilçisi matçı 3:0 hesabı ilə başa vurub.
“Sassuolo” – “Yuventus” – 0:3
Qollar: Muharemoviç, 16 (avtoqol), Miretti, 62, David, 63