“Yuventus” Sandro ilə yeni müqavilə imzalayacaq
07.12.2018 , 09:40

“Yuventus” klubu futbolçusu Aleks Sandronu komandada saxlamaq istəyir. Belə ki, turinlilər futbolçu ilə yeni müqavilə imzalayacaq.
Müqavilənin müddətinin 5 il olacağı deyilir. Sazişin ilkin razılığı əldə olunduğu deyilir.
Sandro 2015-ci ildən “Yuventus”un şərəfini qoruyur. Bu müddət ərzində o 88 oyuna çıxıb və 9 qol vurub.
