“Yuventus” “Real”ın futbolçusuna elçi düşüb
23.04.2019 , 12:13

“Yuventus” klubu növbəti mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
Turin təmsilçisi Madridin “Real” klubunun futbolçusu İsco Alarkonu heyətinə qatmağa hazırlaşır. “Ağ-qara”lar ispaniyalı futbolçu üçün 74 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, İsko Alarkon 2013-cü ildə “Malaqa” klubundan “Real”a transfer olub.
