İtaliya A Serisının 37-ci turunda “Yuventus” Kroton”u qəbul edib.
Korner.az-ın məlumatına görə, meydan sahibləri 3-0 hesablı qələbə qazanıb.
Qollar:
“Yuventus”: Madzukiç 13; Dibala 39; Aleks Sandro 84.
“Kroton”: –
Beləliklə, sona 1 tur qalmış “Yuventus” xallarının sayını 88-ə yüksəldib və ardıcıl olaraq 6-cı dəfə çempion olub. Ümumilikdə isə Turin təmsilçisi 33-cü dəfə liqa çempionluğunu yaşayıb.
“Kroton” isə 31 xalla 18-ci pillədədi.
