İtaliya A Seriyasında "Milan"la girdiyi rəqabətdə qalib olaraq ölkə çempionu olan "Yuventus" gələn mövsüm üçün heyətini gücləndirməyi düşünür.
Korner.az-ın məlumatına görə, "qoca sinyora" rəhbərliyi "Real"ın (Madrid) argentinalı futbolçusu Qonza İquaini transfer etmək istəyir. Torino şəhərinin təmsilçisi artıq məsələ ilə bağlı menecerləərə müraciət ediblər.
