“Yuventus” PSJ-dən futbolçu transfer etdi
23.01.2025 , 19:23

“Yuventus” yeni transferini həyata keçirib.
Korner.az xənər verir ki, Turin təmsilçisi PSJ-nin futbolçusu Randal Kolo Muanini heyətə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçu Turin təmsilçisində icarə əsasında çıxış edəcək.
26 yaşlı oyunçu ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin iyununun 30-a qədərdir.
