“Yuventus” portuqaliyalı müdafiəçi gətirir
14.01.2025 , 14:50

“Yuventus” heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Vitoriya”da çıxış edən Alberto Koştanı transfer edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Yuventus” portuqaliyalı müdafiəçi üçün onun klubuna 15 milyon avro təzminat ödəyəcək.
21 futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.
