“Yuventus” onu satacaq
04.12.2024 , 19:30
“Yuventus”un futbolçusu Artur Melo ilə bağlı yeni iddia var.
Korner.az xəbər verir ki, yarımmüdafiəçinin yenidən İspaniyaya qayıdacağı gözlənilir.
Braziliyalı oyunçunun “Jirona” və “Betis”ə keçəcəyi bildirilir. Hər iki klub Turin təmsilçisi ilə danışıqlara başlayıb.
“Yuventus” isə Melonun satışından 15 milyon avro təzminat almağı planlaşdırıb.