“Yuventus” onu razı sala bildi
08.10.2024 , 14:44
“Yuventus” futbolçusu Federiko Qatti ilə yeni müqavilə imzalamaq istəyir.
Korner.az-ın məlumatına görə, Turin təmsilçisi müdafiəçi razılaşacağı təqdirdə onun əməkhaqqısını da artıracaq.
2022-ci ildən “Yuventus” forması geyinən 26 yaşlı futbolçu “qoca sinyora”nın yeni sözləşməsinə müsbət yanaşır.
Tərəflər arasında yalnız bəzi xırda detallar razılaşdırılmamış qalıb.