“Yuventus” onu icarəyə göndərdi
26.09.2020 , 17:00

“Yuventus” futbolçusu Luka Peleqrinini “Cenoa”ya icarəyə göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu cari mövsümün sonunadək A Seriyası klubunda çıxış edəcək.
Qeyd edək ki, Pelleqrini ötən il “Roma”dan “Yuventus”a keçib.
