“Yuventus” “Napoli”ni 3 cavabsız qolla məğlub etdi
26.01.2026 , 10:45
İtaliya A Seriyasında XXII turun diqqətçəkən qarşılaşmalarından biri Turində baş tutub. “Yuventus” doğma azarkeşləri önündə “Napoli”ni qəbul edib və inamlı qələbə qazanıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisi matçı 3:0 hesabı ilə qalib başa vurub. Oyunda hesab 22-ci dəqiqədə J.Davidin qolu ilə açılıb. İkinci hissədə isə K.Yıldız (77) və F.Kostiç (86) fərqlənərək qələbəni rəsmiləşdiriblər.
Bu nəticədən sonra “Yuventus” xal ehtiyatını 42-yə çatdıraraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Napoli” isə 43 xalla 4-cü yerdə qalıb.