“Yuventus” müdafiəçi axtarır
18.12.2024 , 22:52
“Yuventus” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Feyenoord”da çıxış edən David Hançkonu transfer etmək istəyir.
İtaliya klubu slovakiyalı mərkəz müdafiəçisi ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Klublar razılığa gələrsə, transferin yanvar ayında baş tutacağı gözlənilir.