“Mançester Siti”nin hücumçusu Stevan Yovetiç karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbər italiyan mətbuatında yer alıb. Turinin “Yuventus” klubu forvardı heyətinə qatmağı düşünür. “Şəhərli”lər də Yovetiçlə müqavilə uzatmaq niyyətində deyil.
Mançester təmsilçisinin futbolçunu icarə əsasında deyil, tam transferlə satmaq istədiyi deyilir. (SkySport İtalia)
