“Yuventus” rəhbərliyi “Fiorentina”da icarə əsasında çıxış edən “Mançester Siti”nin futbolçusu Mayka Riçardsı transfer etmək fikrinə düşüb.
Korner.az-ın məlumatına görə, bu haqda “The Sun” xəbər yayıb.
İngilis futbolçunun “şəhərlilər”lə olan müqaviləsi mövsümün sonunda başa çatır. Oyunçunun özünün də İtaliyada qalmağa müsbət yanaşdığı bildirilir.
