“Yuventus” Milinkoviç-Saviçi heyətinə qatmaq istəyir
13.10.2025 , 12:45
“Yuventus” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, A Seriya nəhənginin əsas hədəfi “Əl-Hilal”da çıxış edən Sergey Milinkoviç-Saviçdir.
Xarici KİV yazır ki, yanvar ayında “ağ-qaralar” serbiyalı oyunçunun klubuna rəsmi təklif göndərəcək.
Milinkoviç-Saviçin Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi gələn ilin yayında bitir və futbolçu İtaliyaya qayıtmağa müsbət baxır.
Qeyd edək ki, o, bu mövsüm 11 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.