“Yuventus” heyətinə daha bir futbolçu cəlb etməyə yaxındır.
Korner.az-ın məlumatına görə, Turin təmsilçisi əzəli rəqibi olan “Milan”ın müdafiəçisi Mattia de Şilyonu tranfer etməyi planlaşdırır. 24 yaşlı futbolçunun agenti ilə danışıqlar yekunlaşmaq üzrədir.
Əgər klublar arasında da razılıq əldə olunsa, “Yuventus” İtaliya millisinin üzvünü yayda transfer edəcək.
