“Yuventus” Mandasla maraqlanır – Perin əvəzlənəcək?
22.12.2025 , 14:10
“Yuventus” İtaliya A Seriyasının “Latsio” klubunda çıxış edən yunan qapıçı Xristos Mandasla maraqlanır.
Korner.az xəbər verir ki, “Latsio” ehtiyat qapıçısını 15 milyon avrodan yüksək qiymətə, üstəgəl bonuslarla satmağı planlaşdırır.
Turin təmsilçisi Mandasa, əsas qapıçısı Mattia Perinlə bağlı vəziyyət fonunda maraq göstərib.
Qeyd edək ki, “Yuventus” Perini yalnız onun yerinə uyğun əvəzləyici tapdıqdan sonra buraxmağa hazırdır.