“Yuventus” məşqləri dayandırdı – koronavirusa görə
02.03.2020 , 17:17

“Yuventus” U-23 komandasını karantinə göndərib.
Korner.az xəbər verir ki, Turin klubu koronavirus təhlükəsinə görə belə addım atıb.
Komandanın fevralın 23-də C Seriyasında qarşılaşdığı “Pyaneze”nin 3 futbolçusunun və bir klub nümayəndəsinin koronavirusa yoluxduğu aşkarlanıb.
Klubun yaydığı bəyanatda heç bir futbolçunun sözügedən virusa yoluxmadığı da bildirilib.
