“Yuventus” Lokatelli ilə yeni müqavilə imzalayır?
02.03.2026 , 21:45
“Yuventus” rəhbərliyi komandanın kapitanı Manuel Lokatelli ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı yarımmüdafiəçini uzunmüddətli layihənin əsas fiqurlarından biri hesab edir.
Xarici KİV yazır ki, tərəflər artıq razılığa gəlib. 28 yaşlı futbolçunun 2028-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi daha iki il uzadılacaq. Yeni sözləşməyə əsasən, Lokatelli ildə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm 36 rəsmi oyunda iştirak edib, 3 qol vurub və 1 assistlə yadda qalıb.