“Yuventus” Kənan Yıldızı saxlamaq üçün yeni təklif hazırlayır
01.12.2025 , 11:45
“Yuventus” türk hücumçusu Kənan Yıldızı komandada saxlamaq üçün mübarizəni gücləndirib.
Korner.az xəbər verir ki, Turin klubu gənc futbolçunun müqaviləsini uzatmaq niyyətindədir, lakin hələ tərəflər razılığa gələ bilməyiblər.
Danışıqları çətinləşdirən əsas səbəb Kənanın İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubunun diqqət mərkəzində olmasıdır.
“Yuventus” Milad bayramına qədər ona yeni təklif irəli sürməyi planlaşdırır: ildə 5–5,5 milyon avro maaş və UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə bonuslar.
Bundan əvvəl futbolçunun agenti ilə “Arsenal” nümayəndələrinin əlaqə saxladığı barədə xəbərlər yayıldı. Kənanın hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.