İtaliya A seriyasının son qalibi "Yuventus" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Korner.az-ın məlumatına görə, "qoca siniyora" "İnter"in müdafiəçisi Luisionu heyətinə qatıb. Türkiyənin "Fənərbağça" klubununda istədiyi barziliyalı futbolçu seçimini "Yuve" üzərində edib. 34 yaşlı futbolçunun hansı müddətə müqavilə bağladığı haqda isə məlumat verilmir.
Qeyd edək ki, 2009-cu ildən "İnter"in şərəfini qoruyan Lusio keçirdiyi 96 oyunda cəmi 3 dəfə rəqib qapılarına yol tapıb.
