“Yuventus” – “İnter” matçı təxirə salındı
29.02.2020 , 18:52
İtaliya A Seriyasının 26-cı turunun bu həftəsonu keçirilməli olan 5 oyunu təxirə salınıb.
Korner.az xəbər verir ki, “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya” matçları koronavirusa görə keçirilməyəcək.
Qarşılaşmalar mayın 13-də baş tutacaq.