Məğlub olmadan İtaliya çempionu olan "Yuventus" "Udineze"nin iki futbolçusunu rəsmən heyətinə qatdı. Korner.az-ın məlumatına görə, "Yuve"nin rəsmi saytı Kvadvo Asamoah və Maurisiyo İsla ilə müqavilə bağladıqları haqda məlumat yayıb.
Asamoahla 3 illik müqavilə bağlayan "qoca siniyora" futbolçuya bu il müddətində 18 milyon avro ödəyəcək. Digər transfer İsla ilə də 3 illik müqavilə bağlayan İtaliyanın son çempionu bu futbolçuya 18,8 milyon verməli olacaq.
