“Yuventus”un yarımmüdafiəçisi Arturo Vidalla bağlı klubdan açıqlama verilib.
Korner.az-ın məlumatına görə, “Qoca Sinyora”nın idman direktoru Cuseppe Marotta oyunçunun satılmayacağını bir daha bəyan edib:
“Dəfələrlə demişik. Vidal satılmır. Medianın böyük xəbərlərdən danışması normaldı. Ancaq ortada ciddi təklif də yoxdu. Eyni şey Poqbaya da aiddi”.
Qeyd edək ki, Vidal 2011-ci ildən “Yuventus”da top qovur.
