“Yuventus” heyətini gücləndirməyə hazırlaşır
28.01.2026 , 10:30
Turin təmsilçisi “Bornmut”un argentinalı müdafiəçisi Markos Senesini komandaya qatmaq üçün təklif göndərib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, klub 28 yaşlı futbolçu ilə azad agent kimi 4 illik müqavilə bağlamaq niyyətindədir və ona hər mövsüm üçün 3 milyon avro təklif edir.
Senesi ilə həmçinin “Barselona” və “Atletiko” da maraqlanır, buna görə “Yuventus” razılaşmanı tez yekunlaşdırmaq istəyir.
Bundan əlavə, turinlilər “Komo”nun yarımmüdafiəçisi Maksimo Perroneyi də transfer radarına daxil edib; “Napoli” də gənc futbolçu ilə maraqlanır.