“Yuventus” futbolçusu ilə müqaviləni uzatdı
29.03.2019 , 14:00

İtaliyanın “Yuventus” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.
Turin təmsiçisi Daniele Ruqani ilə 2023-cü ilə qədər razılıq əldə edib. 23 yaşlı müdafiəçi ilinə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Daniele Ruqani 2013-cü ildən “Yuventus” klubunun şərəfini qoruyur.
