“Yuventus” futbolçusu ilə müqavilə yeniləyib
05.04.2019 , 13:35

İtaliyanın “Yuventus” klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Turin təmsilçisi xorvatiyalı futbolçusu Mario Mandzukiç ilə yola davam etmək qərarına gəlib. 32 yaşlı futbolçu ilə 2021-ci ilə qədər razılıq əldə olunub.
Qeyd edək ki. Mario Mandzukiç “Yuventus” klubunun heyətində 116 görüşə çıxıb və 30 qol vurub.
