İtaliya A Seriasında mübarizə aparan “Yuventus” Anxel Di Marianı transfer etmək üçün Mario Madzukiçi satmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda İtaliya mediası xəbər yayıb.
Bidirilir ki, PSJ Di Maria üçün ən azı 45 milyon avro tələb edir. “Qoca sinyora” argentinalı oyunçunun transferi üçün Madzukiçi sataraq lazım olan vəsaiti əldə etmək niyyətindədir. Hətta Turin təmsilçisi keçidin reallaşması üçün əlavə olaraq Mario Leminanı da PSJ-yə göndərməyə hazırdı.
Xatırladaq ki, 2015-ci ildə “Atletiko”dan (Madrid) “Yuventus”a 21 milyon avro qarşılığında keçən xorvat hücumçu bu mövsüm 42 oyuna 8 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
