“Yuventus” Buffona yeni müqavilə təklif edəcək
11.04.2020 , 18:58

“Yuventus” qapıçısı Canluici Buffona yeni müqavilə təklif edəcək.
Korner.az xəbər verir ki, 42 yaşlı qapıçı təklifi qəbul etsə, növbəti mövsüm də Turin klubunda qalacaq.
“Qoca sinyora” 36 yaşlı müdafiəçisi Corco Kyellini ilə də sözləşmənin müddətini artıracaq.
Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a keçib. 2018-ci ildə PSJ-yə gedən qolkiper ötən yay “Yuventus”a qayıtdı.
