“Yuventus” bu futbolçu üçün 25 milyon avro ödəyir
03.07.2024 , 22:58

“Nitsa”nın futbolçusu Kefren Türam klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, oyunçunun “Yuventus”a keçəcəyi iddia olunur.
Türamla 5 illik müqavilənin imzalanacağı gözlənilir.
İtaliya nəhəngi bu transfer üçün 25 milyon avro ödəyəcəyi bildirilir.
