“Yuventus” “Beşiktaş”dan transfer edəcək
07.03.2024 , 22:48
“Yuventus”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Beşiktaş”ın futbolçusu Semih Kılıçsoyu transfer etmək istəyir.
Keçidin mövsümün sonunda baş tutacağı gözlənilir.
Semih bu mövsüm 15 matçda 9 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
