“Yuventus” Belçikanın “Anderlext” klubunun futbolçusu Dennis Praetlə yaxından maraqlanır.
Korner.az-ın məlumatına görə, klubun skautları keçən həftə UEFA Çempionlar Ligası çərçivəsində keçirilən “Anderlext”-“Dortmun”(0:3) matçını stadiondan canlı izləyiblər. Səbəb isə ”Belçikalı İnyesta” adlandırılan Dennis Praetdir. Klubun idman direktoru Fabio Paratici futbolçunun heyranıdı.
“Qoca Sinyora”nın tezliklə Praet üçün Anderlextə rəsmi təklif göndərəcəyi gözlənilir
Qeyd edək ki, Dennis Praet “Genk” klubunun yetirməsidir və 2010-cu ildən etibarən “Anderlext”in şərəfini qoruyur.
