“Yuventus” yay fasiləsində növbəti transferi reallaşdırmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, “Sampdoriya”dan hücumçu Patrik Şikini 30,5 milyon avroya alan “qoca sinyora” ön xəttə daha bir oyunçu cəlb edəcək.
Söhbət “Bavariya”nın cinah oyunçusu Duqlas Kostadan gedir. Adı “Barselona” ilə də birgə hallanan Kosta İtaliya çempionunun təklifini müsbət cavablandırıb. Braziliya millisinin üzvü “Yuve” ilə ilinə 6 milyon avroluq maaş qarşılığında müqavilə imzalamağa razılıq verib.
