“Yuventus” baş məşqçisini rəsmən açıqladı
12.06.2024 , 23:59

“Yuventus”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı Tiaqo Motta çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Mütəxəssis bu vəzifədə istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.
