“Yuventus” baş məşqçini göndərir
18.03.2025 , 10:30

“Yuventus” baş məşqçisi Tyaqo Motta ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi 42 yaşlı mütəxəssisi mövsümün sonunda göndərəcək.
Bu barədə insayder Fabrizo Romano məlumat yayıb.
Xəbərə görə, buna son zamanlar komandanın əldə etdiyi uğursuz nəticələr səbəb olub.
Motta ötən ilin yayından İtaliya klubuna rəhbərlik edir.
