“Yuventus” baş məşqçi postuna onu gətirir
19.03.2025 , 15:45

“Yuventus” baş məşqçisi Tiaqo Mottanı mövsümün sonunda göndərəcək.
Korner.az xəbər verir ki, Turin təmsilçisi artıq onu əvəzləyəcək mütəxəssisi tapıb.
İtaliya klubu bu vəzifəni Roberto Mançiniyə tapşırmağa hazırlaşır.
Tərəflər arasında ilkin danışıqların yaxın günlərdə baş tutacağı gözlənilir.
