“Yuventus” baş məşqçi postuna kimi gətirir?
07.04.2025 , 12:00

“Yuventus” yeni mövsümdə baş məşqçi İqor Tudorla yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, Turin təmsilçisi bu posta “Napoli”nin çalışdırıcısı Antonio Konteni gətirmək istəyir.
İtaliya nəhəngi Konteni yenidən komandada görməyi arzulayır.
Tərəflər arasında danışıqların baş tutacağı gözlənilir.
Xatırladaq ki, Antonio Konte 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb.
