“Yuventus”un futbolçusu Paulo Dibala “Barselona”nın maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün İtaliya klubuna rəsmi təklif göndərib.
“Barselona” argentinalı futbolçunun transferi üçün 86,7 milyon avrosundan keçməyə hazırdır. Lakin “Yuventus” artıq ikinci dəfə “Barselona”nın təklifini rədd edib.
