“Barselona” klubu heyətini gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, katalanlar “Yuventus”un qapısını döyüb.
Luis Enrike Paulo Dibala ilə yaxından maraqlanır. “Barselona” tərəfi İtaliyan nəhənginə ilk təklifini də edib. İddialara görə, ispanlar Dibala üçün 90 milyon avrosundan keçməyə hazır idi.
Buna cavab olaraq “Yuventus” rəhbərliyi seçimi futbolçunun özünə buraxıb. Dibala isə “Yuventus”da qalmaq istədiyini bildirib. (Football İtalia)
