“Yuventus” “Atalanta”ya məğlub oldu – Video
06.02.2026 , 10:00
İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Korner.az xəbər verir ki, “Yuventus” səfərdə “Atalanta” ilə üz-üzə gəlib.
Görüş Turin təmsilçisi üçün uğursuz alınıb. “Yuventus” rəqibinə 0:3 hesabı ilə məğlub olaraq İtaliya kuboku ilə vidalaşıb.
“Atalanta”nın qollarını Skamakka (27, penalti), Sulemana (77) və Paşaliç (85) vurub.