“Yuventus” Antonini istəyir
03.06.2025 , 22:00

“Mançester Yunayted”in futbolçusu Antoni yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, braziliyalı vingerin “Yuventus”a keçəcəyi iddia olunur.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İtaliya klubu 25 yaşlı oyunçu üçün Premyer Liqa nəhənhi ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi qüvvədədir.
