“Yuventus” Alleqrini göndərdi – Rəsmi
17.05.2024 , 20:00

“Yuventus” baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda, mütəxəssisin istefaya göndərilməsinin səbəbi ölkə kubokunun final görüşü zamanı və oyundan sonra “Yuventus”un dəyərlərinə və onu təmsil edənlərin qəbul etməli olduğu davranışlara uyğun gəlməyən bəzi davranışlar göstərilib.
Alleqri 2021-ci ilin mayından Turin klubunu çalışdırırdı.
